Ali Baş Komandan: “Müharibə hələ bitməyib”
26 iyun 2013 10:32 (UTC +04:00)

Ali Baş Komandan: “Müharibə hələ bitməyib”

“Ordu quruculuğu Azərbaycan üçün ən başlıca, prioritet məsələdir. Xüsusi ilə müharibə şəraitində yaşayan hər bir ölkə üçün belə olmalıdır. Bu gün keçiriləcək paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcək”. Lent.az-ın məlumatına görə, bunu Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi paradı qəbul edən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz çıxışı zamanı bildirib.

 

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi və münaqişənin davam etdiyi bir vaxtda ordu quruculuğunun əhəmiyyətini qeyd edib: “Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim ordumuz hər an ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə hazır olmalıdır. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır.  Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edərək bu məsələ ilə bağlı öz qərar və qətnamələrini qəbul ediblər. Amma Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğalı davam etdirir. Əfsuslar olsun ki aparılan danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175
avatar

Nizam Rza

Oxşar yazılar