<span style="color:red;">Lavrov:  “Peterburq görüşündəki razılaşmalar sənəddə təsdiqini tapmalıdır”
09 dekabr 2016 15:06 (UTC +04:00)

Lavrov: “Peterburq görüşündəki razılaşmalar sənəddə təsdiqini tapmalıdır”

 

“Dağlıq Qarabağ münaqişəsinə dair Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar sənəddə təsdiqini tapmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri  Sergey Lavrov Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz dəfələrlə Vyana və Sankt-Peterburqda əldə olunan razılıqlara münasibət bildirmişik. Həmin görüşlərdə həmsədrlər də iştirak edib. Razılıqlara əsasən, atəşkəs rejimi təsdiqlənməli idi. Arada bir atəşkəs rejiminin pozulmasını müşahidə edirik. Həmçinin ATƏT müşahidəçilərinin sayı artmalı idi. Çox yox, 7 nəfər. Hələlik onların harada yerləşdiriləcəyi barədə konsensus yoxdur. Fikrimcə, onlar təmas xəttində yerləşdirilməlidir”.  

 

Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

# 212
avatar

APA Baycan

Oxşar yazılar