[b]“Rusiya gərginliyin azaldılması ilə bağlı addımları alqışlayır” - Peskov[/b]
12 may 2016 14:42 (UTC +04:00)

[b]“Rusiya gərginliyin azaldılması ilə bağlı addımları alqışlayır” - Peskov[/b]

“Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı suala cavabında deyib. O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.

 

Qeyd edək ki, Rusiyanın "İnterfaks" agentliyi mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

APA Baycan

Oxşar yazılar