"125-lər" klubu namizədlərini açıqladı
04 avqust 2015 16:17 (UTC +04:00)

"125-lər" klubu namizədlərini açıqladı

125-lər  Siyasi Klubu və Ümid Partiyası parlament seçkiləri üzrə namizədləri müəyyənləşdirib. Partiyadan Lent.az-a verilən məlumata görə,  65 dairə üzrə namizədlər artıq müəyyənləşib. Namizədlər arasında ictimaiyyətə tanınan şəxslər var. Məsələn, Aysel Əlizadə 8 saylı Binəqədi I, İlhamiyyə  Rza 17  saylı Yasamal III, Ramin Hacılı 19  saylı Nərimanov I, Mətanət Əzizova 20 saylı Nərimanov  II, Günel Səfərova 21 saylı Nəsimi I, Yasəmən Qaraqoyunlu 22 saylı Nəsimi II, Yeganə Hacıyeva 26  Sabunçu I, Rəfail Tağızadə 31 saylı  Suraxanı II, Üzeyir Cəfərov 33 saylı Xətai I, İqbal Ağazadə 35 sayı Xətai III, Anar  Qasımlı 42 Sumqayıt II, İlhamə Novruzova 50 Saylı Abşeron-Qobustan, Rüfət Muradlı 59 Saylı Salyan, Ənvər Ağazadə 72 Saylı Yardımlı-Masallı, İsmayıl Mirzəxanov 73 Saylı Lənkəran şəhər, Xatirə Səfərəliyeva 74 Saylı Lənkəran kənd, Qasım Həsənov 79 Saylı İmişli şəhər, Yaqub Aslanov 80 saylı İmişli-Beyləqan, Anar İsayev 81 Saylı Beyləqan şəhər, Günel İbadova (Xəzəl) - 92 Saylı Zərdab-Ucar, Tamilla Qulami 95 Saylı Tərtər Seçki Dairəsindən parlament üzvlüyünə namizəd olacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Səlcuq Elçin

Oxşar yazılar