Xankəndi şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Lent.az-ın əməkdaşı xəbər verir ki, məntəqə saat 08:00-da açılıb.
122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir.
Seçki məntəqəsində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrini aparmaları üçün hər cür şərait yaradılıb.
Müşahidəçilər səsvermə prosesini izləyir.
Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixidndə prezident seçkiləri ilə əlaqədar Xankəndidə ilk dəfə səsvermə keçirilir.