Aygün Attar
02 iyun 2024 14:20 (UTC +04:00)

Aygün Attar

"Türkiyədə iki ölkənin qardaşlığından narahat olanlar var" - Aygün Attar

"Türkiyədə Qəzzanı bəhanə edərək, Azərbaycana qarşı nifrət təbliğatı aparan qruplar yenidən fəallaşıb".

Lent.az-ın məlumatına görə, bunu azərbaycanlı professor, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət  Şurasının üzvü Aygün Attar sosial mediada yazıb. 

 "Mən Fələstin bəhanəsi ilə xaricdən dəstəklənən radikal qrupların başçılıq etdiyi anti-Azərbaycan və SOCAR hücumlarını qətiyyətlə pisləyirəm. SOCAR, Türkiyənin ən böyük xarici investorudur. Ölkəmizin düşdüyü çətin iqtisadi şəraitdə bu kampaniya necə bir ağılın məhsuludur?Türkiyə iqtisadiyyatının can damarı olan və minlərlə insana iş yeri yaradan SOCAR və PETKİM kimi şirkətlərə qarşı şayiələrə əsaslanan hücumlar nə deməkdir? Yəhudi kapitalının istehsal etdiyi məhsulların daxili bazarda istifadə olunmasına məhəl qoyulmur. Bu fonda SOCAR-a qarşı olan  hücuma müvafiq dövlət qurumlarının susması düşündürücüdür!" - professor Attar belə yazıb.

Aygün Attar Türkiyədə iki ölkənin qardaşlığından narahat olanların varlığının artıq tam bilindiyini vurğulayıb; " Türklərə nifrət edən bu dəstənin Fələstini bəhanə edərək öz zəhərini qusduğunun da şahidi oluruq! ...Azərbaycanı düşmən saymaq, qardaşlığa zidd hərəkət etmək sizin yerinizə deyil. Bizi düşmən etmək üçün əl-qolunu ovuşduran, aktyorlarını səhnəyə çıxaran ssenaristlərə birmənalı cavabımız budur: Türkiyə və Azərbaycan ət-dırnaq kimidir, araya girə bilməzsiniz, içəri girənlər iylənib çıxacaqlar. Bu belə bilinsin!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

Oxşar yazılar