Tovuz istiqamətində ERMƏNİ TƏXRİBATI:  düşmən PUA-sı məhv edildi
11 mart 2024 16:12 (UTC +04:00)

Tovuz istiqamətində ERMƏNİ TƏXRİBATI: düşmən PUA-sı məhv edildi

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

# 3198
avatar

Oxşar yazılar