Tiktoker Əli Kərimli  toyuq oğrularını   siyasi məhbus kimi sırımağa çalışır- Siyavuş Novruzov
07 may 2024 13:16 (UTC +04:00)

Tiktoker Əli Kərimli toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışır- Siyavuş Novruzov

“Ümummilli Liderin və cənab Prezidentin dövründə 70-ə yaxın əfv sərəncamı imzalanıb, 13 amnistiya aktı həyata keçirilib”.

Lent.az APA-ya istinadla  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, insan hüquqlarına diqqət, qayğı Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində olub: “Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil. Ayrı-ayrı dövlətlərin digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün əllərində alətə çevrilib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir. Onların sanksiyaları heç bir əhəmiyyət daşımır. Bu gün Azərbaycan dövlətçiliyinə ləyaqətlə xidmət göstərən insanlara qarşı sanksiya tətbiq edilməsi tələb olunur. O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar.

Bu gün Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmeni, Fransada anasını, atasını tanımayan deputatlar Azərbaycanda hansısa hakimlərin adını tanıyır, onlara sanksiya tətbiq edilməsini tələb edir. Bu gün Azərbaycandan donos verən antimilli şura üzvləri, tiktoker Əli Kərimli özlərinin toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışırlar. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkədir ki, 700 jurnalistə ev tikib verib. Hansı ölkə nümunəsində bunu göstərmək olar?! Hamıdan tələb olunan qanuna riayət etməsidir. Qanun hamı üçün bərabərdir. Milli Məclis də ardıcıl şəkildə öz bəyanatlarını verib. Biz dünyada bunları ifşa etməliyik”.

# 2127
avatar

Oxşar yazılar