Vladimir Putin, Rusiyanın prezidenti
02 iyun 2021 19:52 (UTC +04:00)

Vladimir Putin, Rusiyanın prezidenti

“Telefon diplomatiyası” - Ən yüksək səviyyəli telefon diplomatiyasının GİZLİNLƏRİ

Dünya liderlərinin, eləcə də digər ölkələrin rəhbərlərinin bir-biri ilə telefon vasitəsilə əlaqə yaradaraq bir çox məsələləri müzakirə etmələri ilə bağlı az qala hər gün xəbər yayılır.
 
 Ancaq bir həmkarı ilə danışmaq üçün telefonu götürüb nömrəni yığmaq kimi bir adət yoxdur. Hətta bir-biri ilə mükəmməl şəxsi münasibətlərdə olan dövlət rəhbərləri də danışıqdan əvvəl həmsöhbətinə məlumat verməlidirlər. Əksər hallarda, kompleks bir hazırlıq mexanizmi istifadə olunur.
 
“Başlamaq üçün, ölkənin ilk şəxsinin aparatına (adətən səfirlik vasitəsi ilə) telefon danışığı üçün rəsmi bir tələb göndərilir - əslində danışıq mövzusu ilə bağlı izahat verilir”, - belə danışıqların təşkili ilə tanış olanlardan biri deyib.

Onun sözlərinə görə, əgər razılıq alınırsa, tərəflər söhbətin tarixi və vaxtı barədə razılığa gəlirlər. Xarici İşlər Nazirliyi və digər idarələrin iştirakı ilə dəftərxanalar toxunulacaq mövzularda lazımi materialları hazırlayır.

Eyni məsələ ilə bağlı müxtəlif bəyanat variantları yazıla bilər - ünsiyyətin necə gedəcəyindən asılı olaraq. Məsələn, ABŞ-da prezident Milli Təhlükəsizlik Şurasından bütöv bir sənəd alır. Əgər mövzu həssasdırsa, Təhlükəsizlik Şurasının üzvləri də söhbəti dinləyir və dərhal bir şey təklif etmək hüququna malikdirlər.

Bəzən elə olur ki, danışıq tələbi sükutla qarşılanır və ya nəzakətli bir imtina ilə nəticələnir: deyirlər ki, liderin çox sıx cədvəli var, yaxud əlçatmaz olacaq.

Adətən, bu o deməkdir ki, həmin anda sizinlə ünsiyyət qurmaq istəmirlər. Səbəb, böyük ehtimalla siyasidir.

Təhlükəsizlik filtrləri 

Yaranmış təcrübəyə görə, dövlət rəhbərləri, həmsöhbəti olan ölkənin dilini yaxşı bilsələr də, beynəlxalq telefon danışıqlarını ana dilində aparırlar.

Ancaq bir istisna var – Moskvanın MDB üzvü olan bəzi ölkələrin liderləri ilə telefon danışığında rus dilindən istifadə edir.

Həmsöhbətin sözlərinə görə, tərcüməçilərin liderin kabinetində olması vacib deyil.

“Onlar söhbətə qulaqlıqdan qulaq asırlar və sinxron deyil, ardıcıl tərcümə edirlər - kəlmə-kəlmə. Bu, səhv etmək, bir nüansı qaçırmaq və bununla da mənanı təhrif etmək ehtimalını azaldır.

Mütəxəssislərin xatirələrinə görə, onlar üçün ən asan yol keçmiş SSRİ-nin baş katibi Leonid Brejnevlə işləmək idi: sadəcə, o, hazırlanmış bir mətn oxuyurdu, bir nüsxəsi də tərcüməçinin əlində olurdu”.

Mənbə qeyd edir ki, inkişaf etmiş ölkələrin yüksək vəzifəli şəxslərinin istifadə etdiyi rabitə xətləri dinləməyə qarşı qorunma ilə təchiz edilib: “Səs siqnalı rəqəmsallaşdırılır və rabitə seansı zamanı dəfələrlə dəyişən kompleks bir düymə ilə şifrələnir. Şifrənin açılması kodların razılaşdırıldığı digər tərəfdən baş verir. Biri birdən icazəsiz olaraq söhbətə qoşulsa, sessiya avtomatik olaraq ləğv ediləcək”.

Digər bir təhlükəsizlik baryeri telefon xuliqanlarından qorunmaqdır. Xüsusi xidmətlər zəngin həqiqətən haradan gəldiyini yoxlayır. BBC-nin məlumatına görə, bəzən bu yoxlamalar o qədər hərtərəfli olur ki, ciddi siyasətçilərin zənglərini kəsirlər.

“Mən olduğuma inanmayan Ağ Evin telefon operatorunu söyürəm”, - Hillari Klinton ABŞ-ın dövlət katibi postunnda çalışanda gileylənirdi.
 
Yenə də telefon xuliqanları bəzən yüksək vəzifəli məmurları dinləməyi bacarırlar. Onların ovuna İspaniyanın baş naziri Mariano Raha, Kubanın keçmiş lideri Fidel Kastro, hətta Böyük Britaniyanın kraliçası II Yelizaveta da düşüb.

Məşhur telefon zarafatcılları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanadanın baş naziri Castin Tryudo, eləcə də ABŞ-dan olan konqressvumen Maksin Uotersi də oynamağı bacarıblar.

"Qiyamət günü xətti"

Məlumata görə, Vaşinqtonla Moskva arasında başqa bir xüsusi əlaqə xətti var. Onu “Qiyamət günü xətti”, yaxud, sadəcə “qırmızı telefon” adlandırırlar. Onun vasitəsilə ciddi bir hərbi toqquşmanın və üstəlik nüvə müharibəsinin qarşısını almaq üçün iki ölkənin liderlərini tez bir-birinə bağlamaq olur.

O, 1963-cü ildə ABŞ və SSRİ arasında nüvə mübadiləsinə səbəb olan Karib böhranından sonra yaradılıb. Amma ümumi təsəvvürlərin əksinə olaraq, bu telefon deyil. Ölkələr arasında mətn mesajları və qrafik şəkillər göndərilir. Əvvəlcə bunun üçün teletayp, daha sonra faks istifadə olunub, indi xüsusi rabitə, etibarlı qorunan kompüter kanalı vasitəsilə təşkil olunur. Siqnal peyklərdən keçir, lakin iki paytaxt arasında “soyuq müharibə” dövründə çəkilmiş bir kabel də var.

Xətt daim açıqdır, növbətçi operatorlar lazım gəldikdə dəqiqələr ərzində Kremllə Ağ Evi bağlamağa hazırdırlar.

Xətdə sazlığa nəzarət etmək üçün ədəbi klassiklərin əsərləri gecə-gündüz səsləndirilir.

Məlum olduğu kimi, "Qiyamət günü xətti” birbaşa təyinatı üzrə 1967 və 1973-cü illərdəki ərəb-İsrail müharibələri, 1971-ci Hindistan-Pakistan münaqişəsi, 1979-cu ildə Əfqanıstana sovet qoşunlarının yeridilməsi zamanı fəal istifadə olunub.

Sonuncu dəfə bu xətt ilə 2016-cı ilin oktyabrında Barak Obama "Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi"nə etiraz olaraq zəng edib.

Dünyanı dəyişdirən zənglər

Yeltin-Buşa: “Sizə məlumat vermək istəyirəm ki, artıq Sovetlər İttifaqı mövcud deyil”.

- 1979-cu il dekabrın 26-da ABŞ prezidenti Cimmi Karter SSRİ-nin rəhbəri Leonid Brejnevlə "Qaynar xətt"lə əlaqə saxlayıb, sovet qoşunlarının Əfqanıstana yeridilməsi ilə bağlı izahat tələb edib. Ünsiyyət beş dəqiqə davam edib. Hüquq müdafiəçisi Sergey Kovalevin sözlərinə görə, Brejnevdən alınan mətn qoşunların müdaxilənin qarşısını almaq üçün daxil olduğunu bildirilib. Belə çıxır ki, Əfqanıstana ABŞ-ın müdaxiləsi nəzərdə tutulurdu.

Bundan sonra Karter, kommunizmin təbiəti haqqında əvvəlki həyatı ilə müqayisədə beş dəqiqə ərzində daha çox şey başa düşdüyünü söyləyib. Nəticə, Amerikanın düşmənlərə hərbi dəstəyi, Moskvadakı Olimpiadanı boykot etməsi və yeni silahlanma yarışı olub.

- 1991-ci il dekabrın 8-də, MDB-nin yaradılması haqqında Belovejski müqaviləsinin imzalanmasından dərhal sonra Boris Yeltsin əvvəlcə ABŞ prezidenti Corc Buşa zəng edərək Sovet İttifaqının artıq mövcud olmadığını söyləyib.
“Cənab Prezident, sizə gizli şəkildə bildirmək istəyirəm ki, Qorbaçovun bu barədə hələ xəbəri yoxdur”, - amerikalılar tərəfindən məxfiləşdirilən söhbətin ssenarisinə görə, Yeltsin həmsöhbətinə bildirib. 

Onlar 28 dəqiqə danışıblar. O vaxt hələ SSRİ-nin prezidenti olan Mixail Qorbaçov bu zəngi onun kürəyi arxasından edilən “rüsvayçılıq” adlandırıb.

- Dekabrın 25-də Qorbaçov özü Buşa zəng vurub, iki saat ərzində istefasını rəsmən elan edəcəyini söyləyib.

“Çərşənbə axşamı və ya bu gün nə vaxt açıqlama verəcəyimi düşündüm. Nəticədə qərara gəldim ki, bunu günün sonunda, bu gün edim. Buna görə də əvvəlcə istəyirəm Milad bayramı münasibətilə təbrik edim və sizə ən yaxşısını diləyirəm”, - Mixail Sergeyeviç vurğulayıb.

- 2015-ci ilin avqustunda Suriyanın prezidenti Bəşər Əsəd Vladimir Putinə zəng edərək ondan hərbi yardım istəyib. Suriya lideri Dəməşqə yaxınlaşan terror təhlükəsinə qarşı mübarizə aparmaq üçün Rusiya hərbi təyyarələrini qəbul etməyə hazır olduğunu söyləyib.

Artıq sentyabr ayında Rusiyanın Hava-kosmik Qüvvələrinin xüsusi bir aviasiya qrupu Suriyanın Latakiya əyalətindəki Hmeymim hava limanına yerləşdirilib. Rusiya hərbçilərinin hərəkətləri ölkədəki vəziyyəti kökündən dəyişdirməyə və terrorçu qruplaşmalarını məğlub etməyə imkan verib.

- Bəzi məlumatlara görə, 2016-cı il iyulun 15-də axşam Vladimir Putin təcili olaraq Türkiyə prezidenti Ərdoğanla əlaqə qurub və ölkədə başlayan hərbi çevriliş barədə ona xəbərdarlıq edib. Ərdoğan, üsyançılar bombalamağa başlamazdan bir neçə dəqiqə əvvəl iqamətgahını tərk etməyi bacarıb. Daha sonra, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, çətin anlarda Türkiyəyə ən böyük dəstəyi Rusiyanın göstərdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Oxşar yazılar