Sara Təbrizinin müəmmalı ölümü - ETTELAT XOFU
29 mart 2024 10:52 (UTC +04:00)

Sara Təbrizinin müəmmalı ölümü - ETTELAT XOFU

İranda gənc etirazçılara qarşı təzyiqlər davam edir.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu yaxınlarda ETTELAT-a çağırılan gənc qız müəmmalı şəkildə dünyasını dəyişib.

20 yaşlı keçmiş siyasi məhbus Sara Təbrizinin meyiti Tehranda atasının evində tapılıb.

Qeyd olunur ki, son günlər Sara Təbrizi təhlükəsizlik qüvvələri tərəfindən ağır psixoloji təzyiq altında olub. O, martın 24-də ETTELAT-a çağırılıbmış.

 

# 3090
avatar

Oxşar yazılar