Oktyabrın 10-da Yaponiyanın müxalif İnnovasiyalar Partiyası Rusiyaya xəbərdarlıq etmədən səfər etmiş deputat Muneo Suzukini üzvlüyündən çıxarıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, partiya üzvləri iclasda deputata qarşı sərt intizam tədbirlərinin görülməsi çağırışları fonunda onun xaric edilməsi barədə qərar qəbul ediblər. Bu, Suzuki Rusiyaya səfər etdikdən sonra, Yaponiya hökumətinin vətəndaşlara, o cümlədən siyasətçilərə oraya getməməyi tövsiyə etməsinə baxmayaraq və öz tərəfinə xəbərdarlıq etmədən baş verib.
Oktyabrın 1-də Suzuki xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Bundan əlavə, Moskvaya səfəri zamanı o, Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsinə “100 faiz əmin olduğunu” bildirib.
Əslində, deputat Rusiyada şəxsi səfərdə olub, lakin parlament adından, ölkənin qanunverici orqanının rəsmi nümayəndəsi kimi çıxış edib.
Bu, yapon qanunvericisinin Ukraynaya müdaxiləsindən sonra Rusiyaya ilk məlum səfəridir.
Suzuki 40 ildən çox parlament təcrübəsi olan Yaponiya siyasətinin veteranıdır.