Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Lent.az-ın xəbərinə görə, bu barədə qərar BAXCP İdarə Heyətinin dekabrın 18-də keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.