Qarabağı Azərbaycanın tərkib hissəsi kimi  tanımayan ölkə yoxdur   - Paşinyan 
10 yanvar 2023 16:53 (UTC +04:00)

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur - Paşinyan 

Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. 

Lent.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında onların ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, İrəvanın narahatlığı ondan qaynaqlanır ki, Azərbaycan prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir.

“Biz aydın şəkildə bildirməliyik: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, o zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Qalan hissələr üzrə, Qarabağ məsələsinin həllinin düsturu ilə bağlı mən 2021-ci il aprelin 13-də parlamentdə və digər ictimai bəyanatlar zamanı çıxış etmişəm”, - Paşinyan vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Oxşar yazılar