Seçki məntəqələrinin 50-60 faizindən səsvermə olan nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərə artıq aydınlaşacaq.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bizim gözləntilərimiz ondan ibarətdir ki, axşam 21:00-a qədər ilkin nəticələri ictimaiyyətə çatdıra biləcəyik”.