Prezident Administrasiyasında  YENİ TƏYİNAT
21 dekabr 2023 19:23 (UTC +04:00)

Prezident Administrasiyasında YENİ TƏYİNAT

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

Lent.az-ın xəbərinə görə, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.

O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Tural Əliyev 2013-cü ildən Azərbaycan Prezident Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4959
avatar

Oxşar yazılar