Praqa və Astanada sübut olunan həqiqət:  Azərbaycan uğurlu müstəqil dövlətidir.
14 oktyabr 2022 15:10 (UTC +04:00)

Praqa və Astanada sübut olunan həqiqət: Azərbaycan uğurlu müstəqil dövlətidir.

Çexiyanın paytaxtı Praqadakı danışıqlar zamanı hər birimiz şahid olduq ki, Prezident İlham Əliyevi Avropada praqmatik lider kimi tanıyırlar və ona mahir diplomat kimi münasibət bəsləyirlər. Bununla bağlı Avropa ölkələrinin bir çox rəhbərinin dövlətimizin başçısı haqqında söylədiyi fikirləri də nümunə göstərmək olar. Həmçinin orada beyin mərkəzlərinin siyasi liderlərinin kütləvi informasiya vasitələrinin belə diqqətindən bu məsələlər yayınmayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynovanın bildirdiyinə görə,.
 Praqa görüşünün ardınca Prezident İlham Əliyevin Qırğızıstana çox uğurlu səfəri olub. Səfər zamanı dövlətlər arasında bir çox müqavilələr imzalanıb, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb, humanitar sahələrdə uğurlu layihələr icra olunub. Ulu öndər Heydər Əliyevin və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan məktəblərin açılışı olub. Qərara alınıb ki, Qırğızıstan şəhərləri ilə Şuşa qardaşlaşsın, şəhərlər arasında daimi dostluqlar formalaşsın.
“Qazaxıstanla bağlanan müqavilələrə nəzər salsaq bir daha bunun şahidi olarıq ki, bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi Qazaxıstanın “Altın Kıran” ordeni ilə təltif edib.

Bu, Prezident İlham Əliyevin türk dünyasının inkişafında oynadığı böyük rola verilən bir qiymət idi. Dövlətimizin başçısı Asiya regionunda Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində çox ciddi diplomatik addımlar atır və təbii ki, bunların hamısı eyni tarixi köklərə, eyni dinə, dilə malik olan türk xalqlarının həmrəyliyinə birliyinə olan bir töhfədir. Həmçinin bu ölkələrin potensialının inkişafına yeni üfüqlər açır. Bu uğurlu siyasət həm də Türk Dövlətiləri Təşkilatının möhkəmlənməsinə, inkişafına mühüm töhfə verir”, - deyə S.Hüseynova bildirib.


Heç kimə sirr deyil ki, beynəlxalq aləmin siyasi mərkəzləri Prezident İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 19 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmindirlər. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə və xüsusi inam hissi ilə öz çıxışlarında vurğulayır: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar