Kərim Vəliyev, Nəcməddin Sadıkov
23 iyul 2021 16:12 (UTC +04:00)

Kərim Vəliyev, Nəcməddin Sadıkov

Nəcməddin Sadıkovun yerinə təyin olunan general kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Lent.az K.Vəliyevin dosyesini təqdim edir:

Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Onun Vətən müharibəsində də xidmətləri olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlavə edək ki, Kərim Vəliyev Azərbaycanın görkəmli şairi Səməd Vurğunun qızı Aybəniz Vəkilovanın oğludur.

Ailəlidir, iki övladı var.

 

# 17349
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar