Ukrayna prezidenti Vladimir Zelenski müharibə bitdikdən sonra ikinci müddətə namizəd olmayacağını bildirib.
Amma müharibə zamanı seçkilər keçirilsə, prezidentliyə namizəd olacaq.
Lent.az-ın məlumatına görə, o, bu barədə “Digi24” telekanalına müsahibəsində bildirib.
“Müharibə davam etsəydi - bəli, müharibə bitsəydi - yox. Müharibə zamanı mən qaça bilmərəm”, - Zelenski qeyd edib.