Mərkəzi Seçki Komissiyası
01 yanvar 2021 10:38 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası

MSK-ya ayrılan pulun xərclənəcəyi istiqamətlər məlum oldu

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb.

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Bu vəsaitin  5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının  saxlanılmasına xərclənəcək.

MSK-nın saxlanılması üçün isə dövlət büdcəsində 3 milyon 774 min 807 manat nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5508
avatar

Oxşar yazılar