Monitorinq qrupu Rusiya sülhməramlılarının və Vardanyanın təxtibatı ilə üzləşib
10 dekabr 2022 21:10 (UTC +04:00)

Monitorinq qrupu Rusiya sülhməramlılarının və Vardanyanın təxtibatı ilə üzləşib

Dekabrın 10-da sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinqə başlamaq haqda razılı əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı nəticəsində bu, baş tutmayıb.

Lent.az xəbər verir ki, bu barədə "azerxeberaz" teleqram kanalı məlumat yayıb.

Heyət Rusiya sülhməramlılarının müşayiəti ilə Qızılbular və Dəmirli yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. 

Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə üzləşiblər.

Hadisələrin gedişi sübut edir ki, baş vermiş təxribat Azərbaycan tərəfinin monitorinqinə imkan verməmək üçün əraziyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları ilə Ruben Vardanyan arasında qurulmuş ssenaridir.

Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti təbii ki, Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.

Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Oxşar yazılar