Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni  Ukraynada dəfn edin”
02 fevral 2023 00:02 (UTC +04:00)

Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni Ukraynada dəfn edin”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə iclasında deyib ki, ölümündən sonra Ukraynada dəfn olunmaq istəyir.

“Qələbəmizə tam əminəm, amma bu qədər yaxın olan bu qələbəni görməsəm, ürəyim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya məxsusdur”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Saakaşvili müalicə aldığı Tbilisidəki “Vivamed” özəl klinikasından videobağlantı vasitəsilə məhkəmədə bildirib.

Saakaşvilinin çıxışını məhkəməyə dəvət olunmuş tərcüməçi Ukrayna dilindən tərcümə edib. Çıxış bitdikdən sonra Gürcüstanın eks-prezidenti nə qədər pis olduğunu nümayiş etdirmək üçün ukraynalı köynəyini qaldırıb və qarnını qismən açıb. Hakim Giorgi Arevadzenin ərzaq və dərmanlarının olması ilə bağlı sualına Saakaşvili müsbət cavab verib.

Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin vəkillərinin səhhəti ilə əlaqədar müvəqqəti və ya tam azadlığa buraxılması ilə bağlı vəsatəti ilə bağlı növbəti iclas keçirilib. İclasda onlar səhiyyə sahəsi üzrə mütəxəssisləri, həmçinin “Vivamed” klinikasının həkimlərini dinləməyi planlaşdırırlar.

Keçən il “Empatiya” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin bədənində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər. Onların sözlərinə görə, siyasətçinin həbslə bir araya sığmayan 10 diaqnozu var.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilidən götürülən testlər zəhərli maddələrin olmadığını göstərib. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, keçmiş prezident özünü xəstə kimi göstərir. Ötən ilin dekabrından Tbilisi Şəhər Məhkəməsi müdafiə tərəfinin Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması barədə vəsatətinə baxır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230
avatar

Oxşar yazılar