Əli İnsanov
04 yanvar 2021 13:04 (UTC +04:00)

Əli İnsanov

Min “İnsanavin” ola - REPLİKA

44 günlük müharibə və BÖYÜK QƏLƏBƏ deyəsən kimlərisə bərk narahat edir. Azərbaycan əsgərinin qələbəsinin sinirə bilmirlər. Qələbəyə kölgə salmaq, az qala çamur atmaq istəyirlər. Və bu dəfə səhnəyə özünü haqq-ədalət carçısı hesab edən, eyni adlı, adı var, özü yox olan bir partiyanın sədri Əli İnsanov çıxıb.

 

Adam regionda, Azərbaycanda nələrin baş verdiyini ya görmək istəmir, ya da görməməzlikdən gəlir. Çünki hər dəfə danışdıqca, özünü biabır edir.

Son müsahibəsində Əli İnsanov deyir ki,  Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfəli razılaşma Türkiyə olmadan imzalanmamalı idi. Türkiyə Azərbaycana böyük dəstək verdi, hakimiyyət Rusiya ilə razılaşdı.

 

Bu, sadəcə korafehimlikdi. Şəxsini siyasətçi adlandıran, siyasətlə məşğul olduğunu iddia edən bu adam özünün məşhur ifadəsiylə desək, “konkret” baş verən reallıqdan bixəbərdir. Adam hələ də anlamır ki, 10 noyabrda imzalanan sənəd Ermənistanın kapitulyasiya aktı idi. Türkiyə münaqişənin həllindən məsul olan Minsk qrupunun üç əsas üzvündən biri deyil və qardaş ölkə necə deyərlər, masaya dəvət edilsəydi, ABŞ və Fransa kimi iki azman dövlətin təzyiqi yarana bilərdi.

 

İnsanov onu da başa düşmür ki, bu razılaşma nəticəsində bircə güllə də atılmadan 3 böyük rayon işğaldan qurtuldu. Adamın nə münaqişənin tarixindən, nə indiyə qədər gedən danışıqlardan, nə də gözünün önündə baş verənlərdən xəbəri yoxdur. Çünki adam heç vaxt düz-əməlli siyasi proseslərin içində olmayıb. Adamın adı daim rüşvət və korrupsiya, jurnalistlərə və digərlərin ə konkret olaraq təhqiredici demarşlarda hallanıb.

 

İnsanov deyəndə yada nə düşür bilirsinizmi? Həkimin, tibb bacısının, xəstəxana qapıçısının, hətta xəstə baxıcısının belə cibində gözü olan bir adam.

Səhiyyə sistemində amansız bir rüşvət, korrupsiya piramidası yaratmış birisi.

Səhiyyədə soyadı ilə xarakteri, əməli daban-dabana zidd olan bu adamın qılıncının kəsmədiyi baş qalmamışdı. İstedadlı, bacarıqlı adamlar gözünün düşməniydi. Əlinə imkan düşən kimi ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı.

 

İnsanov heç bir vaxt cəmiyyətdə rəğbət hissi ilə seçilməyib. Əksinə, o, amansız və qəddar biri kimi tanınıb. Əli İnsanov mənfi tipajdır. Korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı simadır. 14 illik həbs cəzasını “siyasi məhbus” kimi deyil, az qala “qanuni oğru” kimi çəkdiyini bəyan edən İnsanov bir liderdən daha çox, əşirət başçısına bənzəyir.

 

“Demokratiya anlayışı” sabiq nazir üçün qəbuledilməzdir. İnsanov istəmir ki, onun sözünün qarşısında kimsə fərqli söz desin. Sabiq nazirin qisasçılıq eşqi ilə yaşaması beynəlxalq təşkilatların da nəzərindən qaçmır. Təsadüfü deyil ki, heç bir ciddi təşkilat nümayəndəsi sabiqin nazirin “qapısını” döymür.

 

O, tənhadır, vurnuxur, cəmiyyətdə özünə yer tutmaq istəyir. Amma bacarmır. Çünki xisləti dəyişmək mümkün deyil. Əli İnsanov həbsdən çıxanda bir çoxları süni ajiotaj yaratmaq istədilər ki, İnsanov gəlir, güclənəcək, ətrafına adamlar yığılacaq. Amma sonra məlum oldu ki, bunlar hamısı boş xülyalardır.

Əli İnsanovun dövrü artıq keçib. O özü də bunu dərk edir. Amma hələ də çabalayır. Heç kimə sirr deyil ki, Əli İnsanov korrupsiya və rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmiş adamdır. Nəhayət bunusa dərk etməlidir. Yoxsa, min “İnsonavin” ola, sağalan deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar