Millət vəkillərindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarlarına CAVAB
08 fevral 2025 10:59 (UTC +04:00)

Millət vəkillərindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarlarına CAVAB

Millət vəkili Azər Badamov azərbaycanlıları təhqir edən “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyevə cavab verib.

Lent.az-ın məlumatına görə, deputat deyib ki, Valuyev azərbaycanlıları “şobla” adlandırıb:

“Yaxşı, bu konsepsiya, ilk növbədə, Valuyevin özünü xarakterizə edir. Üstəlik, "şobla" nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsanız, Nikolay Valuyevin portreti bunun üçün daha çox uyğun gəlir.

Bu canlının antropoloji tipinə nəzər salmaq kifayətdir ki, bu, Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalmış təkamülün çıxılmaz qolunun nadir bir eksponatıdır. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin olunması parlamentarizm prinsipinə təhqirdir”.

Həmçinin digər millət vəkili Nizami Səfərov da Rusiyanın hakim partiyasından olan daha bir deputat Popovun azərbaycanlılara qarşı təxribatçı sözlərinə cavab verib.

O bildirib ki, Popov "Kiyev Ploşçad", "Ukrayna oteli" və ya "Sadovod" bazarının sahiblərinin kim olduğunu bilmirsə, bu barədə ona gündəlik tezis və dərs vəsaitlərini təcrübə üçün göndərənlərdən soruşmalıdır:

"Söhbət şəxsi biznesdən və şəxsi mülkiyyətdən gedir. Əgər “Vahid Rusiya”dan olan deputatlar Azərbaycandan gələn Rusiya vətəndaşlarının investisiyalarına və bizneslərinə qarşı diskriminasiyaya çağırırlarsa, bu, hüquqi nihilizmdən başqa bir şey deyil. Bu cür tezislərin Rusiyanın hakim partiyasından olan deputatlar tərəfindən səsləndirilməsi Dövlət Dumasının tam deqradasiya səviyyəsindən və acınacaqlı durumundan xəbər verir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar