“Media haqqında” qanun layihəsi qəbul edildi
30 dekabr 2021 13:28 (UTC +04:00)

“Media haqqında” qanun layihəsi qəbul edildi

Bu gün Milli Məclisinin plenar iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə,layihəni üçüncü oxunuşda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib.

Z. Oruc bildirib ki, layihə əsla cəzalandırıcı deyil: "Layihə jurnalistikanı gücləndirməyi hədəf seçib”.

Qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

# 4095
avatar

Oxşar yazılar