Rusiya Liberal-Demokrat Partiyasının (LDPR” lideri və Rusiya prezidentliyinə namizəd Leonid Slutski hesab edir ki, Sovet dövlətinin qurucusu və ilk lideri Vladimir Ulyanovu (Lenin) anasının yanında dəfn etmək lazımdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, fikirlərini Telegram kanalında paylaşıb.
“Ən azı, mərhumun istirahəti xristianlar və sivil insanlar üçün mühüm ayindir, hörmət və xatirənin təzahürüdür. Eyni zamanda Vladimir İliç özü də anasının yanında dəfn olunmaq istəyirdi. Düşünürəm ki, inqilabçının iradəsini yerinə yetirməyin vaxtı çatıb”, - rusiyalı siyasətçi yazıb.
Leninin anası Mariya Sankt-Peterburqdakı Volkovski qəbiristanlığında dəfn olunub. Yanvarın 21-də Vladimir Leninin vəfatından 100 il ötür. İndi onun mumiyalanmış cəsədi Moskvanın Qırmızı meydandakı məqbərədədir.
2023-cü ilin fevralında Moskvanın Qırmızı meydanında polis Mavzoleyə girib Leninin cəsədini oğurlamaq istəyən 42 yaşlı rusiyalını saxlamışdı. Saxlanılan şəxsə psixiatrik yardım çağırılıb və nəticədə onun psixiatrik xəstəliyinin pisləşdiyi müəyyən edilib. Məlum olub ki, kişi son illərdə spirtli içkilərə aludə olub və tez-tez spirtli içkidən sui-istifadə etdiyi təsadüfi tanışlarının yanında vaxt keçirib.