Kim Çen In
03 iyun 2021 19:07 (UTC +04:00)

Kim Çen In

Kim Çen In İlham Əliyevi təbrik etdi

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcəkdir. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Oxşar yazılar