Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron yeni vəzifəyə təyin edilib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Devid Kemeron xarici işlər, naziri təyin edilib.
"Millət vəkili Ceyms Kleverli daxili işlər naziri təyin edilib", - bəyanatda deyilir.
Bu barədə baş nazir Rişi Sunakın ofisi rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, Kleverli xarici işlər naziri vəzifəsindən daxili işlər naziri vəzifəsinə keçirilib. O, bu vəzifədə Suella Bravermanı əvəz edib.