İrandan Azərbaycana qayıtmaq istəyən tələbə həbs olundu
07 yanvar 2024 16:54 (UTC +04:00)

İrandan Azərbaycana qayıtmaq istəyən tələbə həbs olundu

İranda dini təhsil alan Azərbaycan vətəndaşı Səfərov Davud Səfər oğlu bu ölkədə qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Lent.az-ın "MOUZE" teleqram kanalına istinadən məlumatına görə, 2021-ci ildən İranın Qum şəhərində "İmam Xomeyni" mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmağa qərar verib. Lakin o Vətənə qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb.

Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də öyrəncilərin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməyib və Azərbaycana qayıtmaq niyyətində olub.

Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən "Hüseyniyyun" təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb. Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və media üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6318
avatar

Oxşar yazılar