İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.
Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir.