Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüş
28 noyabr 2021 11:16 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüş

İlham Əliyev Türkmənistanda səfərdədir

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gedib.

Lent.az-ın  məlumatına görə, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan presidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
 

# 2481
avatar

Oxşar yazılar