Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib ki, Prezident Donald Tramp Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda münaqişələrə son qoymağı bacarıb.
Lent.az-ın xəbərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, son 30 il ərzində çoxsaylı insan itkisi, iki qanlı müharibə və böyük fəsadlar yaşanıb:
“Prezident Donald Tramp və onun heyəti, o cümlədən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff olmasaydı, ola bilsin ki, Azərbaycan və Ermənistan hələ də sonsuz danışıqlar prosesini davam etdirməli olacaqdı. Bu, həqiqətən də tarixi bir gündür. Bu gün Cənubi Qafqazda sülhün əsasını qoyuruq.”