Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan sərəncama əsasən, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
Aşağıdakı şəxslərə isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.