Hulusi Akar şəhidimizdən danışarkən KÖVRƏLDİ
09 noyabr 2021 12:30 (UTC +04:00)

Hulusi Akar şəhidimizdən danışarkən KÖVRƏLDİ

“Türkiyədə bir təlim zamanı Baş leytenant Valeh Məmiyevlə danışmışdım. Demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

Mətbuat konfransında kövrələn Hulusi Akar deyib ki, V. Məmiyev Vətən müharibəsində yaralanıb: “Yaralanan zaman da xəstəxanada “Verdiyim sözü yerinə yetirdim” deyib. Bu, gerçəkdən də bizim üçün böyük xatirədəir”.

Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3531
avatar

Oxşar yazılar