Güney Azərbaycanda küçələrə yeni şüarlar vurulub.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığına görə, Güney Azərbaycanda yeni yaradılmış "Azərbaycan Milli Müqavimət Cəbhəsi" adlı təşkilat İranın molla rejiminin İrəvanla qardaşlıq münasibətlərinə cavab olaraq küçələrə "Zəngəzur və Təbriz qardaşlığı əbədidir!", "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı xəttimizdir!" şüarları yazılan vərəqələr yayırlar.