Fransa səfirliyinin iki əməkdaşı  arzuolunmaz şəxs   elan edildi
26 dekabr 2023 14:44 (UTC +04:00)

Fransa səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edildi

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4269
avatar

Oxşar yazılar