Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bunu deputat bu gün Milli Məclisdə çıxışında bildirib.
Fəzail Ağamalı deyib ki, 1990-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da olub: “Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Mən bu gün bunların hər ikisindən imtina edirəm”.