Ermənilər yaralılarının sayını AÇIQLADI
11 may 2023 11:00 (UTC +04:00)

Ermənilər yaralılarının sayını AÇIQLADI

Ermənistanın sərhəddə növbəti təxribatı nəticəsində 4 erməni hərbçisi yaralanıb.  

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yaralılardan ikisinin vəziyyəti qənaətbəxş, qalan iki nəfərin vəziyyəti isə orta-ağırdır. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

# 3276
avatar

Oxşar yazılar