Ermənilər Daşkəsəni atəşə tutdu
12 aprel 2024 18:54 (UTC +04:00)

Ermənilər Daşkəsəni atəşə tutdu

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

# 2205
avatar

Oxşar yazılar