Ərdoğan Zelenskiyə müharibəni “dondurmaq” planını  təklif edəcək
18 noyabr 2024 16:01 (UTC +04:00)

Ərdoğan Zelenskiyə müharibəni “dondurmaq” planını təklif edəcək

Türkiyə prezidenti Ərdoğan noyabrın 18-də Rio-de-Janeyroda keçiriləcək G20 sammitində təqdim etmək niyyətində olduğu hazırkı cəbhə xətti boyunca Ukraynada müharibəni dondurmaq üçün plan hazırlayıb.

Lent.az bildirir ki, “Bloomberg”in öz  mənbələrinə istinadən xəbərinə görə, Ərdoğanın planı Ukraynanın NATO-ya daxil olması məsələsinin müzakirəsini ən azı 10 il təxirə salmaq üçün Kiyevin “Putinə güzəşt kimi” razılaşmasını nəzərdə tutur. 

Türkiyə prezidenti təzminat olaraq Ukraynanı hərbi texnika ilə təmin etməyi təklif edir. O, həmçinin Donbassın şərqində demilitarizasiya zonası yaratmağı və “əlavə təminat” olaraq orada beynəlxalq qoşunların yerləşdirilməsini təklif edir.

Türkiyə rəsmiləri Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağı fikrində olduqlarını, lakin onların fikrincə, “ən real yanaşma budur”. Türkiyə rəsmiləri "işğal olunmuş ərazilərin taleyi ilə bağlı müzakirələri dayandırmaq və əsas diqqəti sabit atəşkəsin təmin edilməsinə yönəltmək istərdilər".

Ərdoğan ümid edir ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini İstanbuldakı danışıqlarda iştirak etməyə razı sala bilər, çünki Türkiyə lideri “döyüşlər dayandırılmasa, Ukraynanın yaxın aylarda daha çox əraziləri itirə biləcəyinə dair kəşfiyyat məlumatı əldə edib”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar