Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
03 avqust 2021 17:42 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" hesabında paylaşım edib.

"Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm", -deyə Türkiyə Prezidenti qeyd edib.

Türkiyə Prezidenti İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Tamimə, Xorvatiya Baş naziri Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə də yanğınla mübarizədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

# 2787
avatar

Oxşar yazılar