DTX Xocalı soyqırımını törədən Raşid Beqlaryanın ifadələrini təqdim edir - VİDEO
20 noyabr 2023 09:55 (UTC +04:00)

DTX Xocalı soyqırımını törədən Raşid Beqlaryanın ifadələrini təqdim edir - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib.

Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8202
avatar

Oxşar yazılar

COP29-dan MARAQLI FOTOLAR

COP29-dan MARAQLI FOTOLAR

11 noyabr 2024 , 12:20
COP29-un açılış mərasimi başladı - CANLI

COP29-un açılış mərasimi başladı - CANLI

11 noyabr 2024 , 11:10
Trampdan Ukrayna ilə bağlı gözlənilməz xahişlə  Putinə MÜRACİƏT

Trampdan Ukrayna ilə bağlı gözlənilməz xahişlə Putinə MÜRACİƏT

11 noyabr 2024 , 11:06
Nepal Prezidenti  COP29-dan  danışdı

Nepal Prezidenti COP29-dan danışdı

11 noyabr 2024 , 10:10
Bu gün Bakıda COP29  başlayır

Bu gün Bakıda COP29 başlayır

11 noyabr 2024 , 09:35
Məqsəd İranı “boğmaq”dır  – Trampın planı  AÇIQLANDI

Məqsəd İranı “boğmaq”dır – Trampın planı AÇIQLANDI

10 noyabr 2024 , 13:15
Trampın yeni kabinetində  kimlər olacaq?

Trampın yeni kabinetində kimlər olacaq?

8 noyabr 2024 , 19:38
Şuşanın azad edilməsi Zəfərin zirvəsi oldu

Şuşanın azad edilməsi Zəfərin zirvəsi oldu

8 noyabr 2024 , 09:29