Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a bildirilib ki, Azərbaycan 2022-ci il sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılan daha 6 erməni hərbçisinin meyiti Ermənistan tərəfinə təhvil verilib. Meyitlərə Azərbaycanın Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilb və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.
Cəsədlərin ərazidə axtarışı davam etdirilir.