
Dağlıq Qarabağda atəşkəs pozuldu - Rusiya MN
Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb", - açıqlamada deyilir.
Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə bildirib ki, dekabrın 11-də ermənilər terror aktları törədiblər: " Dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir".

Oxşar yazılar

Vətən müharibəsində şəhid olanların yeni SİYAHISI
18 yanvar 2021 , 17:33
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
18 yanvar 2021 , 16:26
Qələbə Yolu ...Hannibal andı və Şuşa ...!
17 yanvar 2021 , 17:03
TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib-FOTO
17 yanvar 2021 , 16:22
Ordumuzun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək-VİDEO-FOTO
17 yanvar 2021 , 15:50
Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək-FOTO
17 yanvar 2021 , 15:01
TÜRKSOY-un baş katibi Ağdamda baş verənlər barədə DANIŞDI
17 yanvar 2021 , 13:13
MN: “Müraciətlərə baxılması üçün daha iki komissiya yaradılacaq”
17 yanvar 2021 , 12:27