ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir, lakin hələlik yekun qərarını verməyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, eyni zamanda jurnalistlərin yaşına görə narahat olub-olmaması ilə bağlı sualına Bayden bildirib ki, yaş və sağlamlıq onun üçün maneə deyil və prezidentlik vəzifələrinin icrasına mane olmayacaq.
2024-cü il ABŞ prezident seçkiləri zamanı prezident Baydenin 82 yaşı olacaq. ABŞ-da prezidentlik müddəti dörd ildir.