Azərbaycanla Serbiya arasında VİZA  ləğv edilir
12 oktyabr 2021 00:19 (UTC +04:00)

Azərbaycanla Serbiya arasında VİZA ləğv edilir

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Serbiya xarici işlər naziri Nikola Selakoviç imzalayıb.

Qeyd edək ki, Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Nikola Selakoviçlə görüşüb.

# 4221
avatar

Oxşar yazılar