Azərbaycan və Ermənistan sülhə nail ola bilər – FRANSA SƏFİRİ
22 noyabr 2022 00:50 (UTC +04:00)

Azərbaycan və Ermənistan sülhə nail ola bilər – FRANSA SƏFİRİ

“Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər”.

Lent.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross paylaşıb.
“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatdı. Bu, tarixi bir zamanda böyük təcrübə idi.
Azərbaycanda qazandığım bir çox dostlara minnətdaram və yeni səfir  Anne Boillona uğurlar arzulayıram.

Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər.  Heç vaxt təslim olmayın” - deyə diplomat vurğulayıb.
 

# 1905
avatar

Oxşar yazılar