Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Brüsseldə görüşəcək
20 noyabr 2021 00:22 (UTC +04:00)

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Brüsseldə görüşəcək

2

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.  

Lent.az APA-ya istinadla bildirir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel  Sammit çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.

"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar", deyə Aİ-nin məlumatında qeyd olunub.

Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi  müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3087

Oxşar yazılar