Azərbaycan daha 17 erməni hərbçini geri qaytarıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik geri qaytarılan hərbçilərin adlı siyahısını yayıb.
***
17.21
Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq, 13-14 sentyabr hadisələri zamanı əsir düşmüş 17 Ermənistan hərbçisini geri qaytarır.
Lent.az-ın məlumatına görə, bu barədə "Канал огней" Telegram kanalı məlumat yayıb.
Kanalın yazdığına görə, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.
Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralı olub. Onlara lazımi tibbi yardım göstərilib.
Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.