“Azadlıq” radiosunun redaktoru (təşkilat Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxildir – red.) ABŞ vətəndaşı Alsu Kamaşeva qanunda nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda şübhəli bilinərək istintaq təcridxanasına göndərilib.
“Alsu Xamidovna Kurmaşova barəsində 1 ay 17 gün müddətinə, yəni dekabrın 5-dək həbs qətimkan tədbiri seçilsin”, – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məlumatda bildirilir.
Kurmaşeva Rusiya Cinayət Məcəlləsinin 3-cü maddəsinin 330.1-ci hissəsində nəzərdə tutulmuş cinayət törətməkdə şübhəli bilinərək tutulub. Vəkil Edqar Matevosyan bildirib ki, Kurmaşeva özünü günahkar hesab etmir.
Bundan əvvəl məhkəmə ABŞ vətəndaşlığı olan jurnalist Alsu Kurmaşevanın həbs müddətini 72 saata qədər uzadıb.
İstintaq onun xarici agent kimi qeydiyyatdan keçməkdən imtina etdiyinə görə 1,5 ay müddətinə həbs olunmasını istəyib. ABŞ Dövlət Departamenti Kurmaşevanın saxlanması fonunda ABŞ vətəndaşlarını “heç bir səbəbdən Rusiyaya getməməyə” çağırıb, Avropa İttifaqı isə Moskvadan insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etməyi tələb edib.