Sentyabrın 27-dən bu gün saat 13:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 91 nəfər dinc sakin həlak olub, 404 dinc sakin yaralanıb.
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 2 465, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 97 və yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455-dir.